Dəbdə yorğan effekti - FOTO

Dəbdə yorğan effekti - FOTO
23:57 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Yumşaq yorğanları xatırladan sırıqlı kurtkalar soyuqdan qorunmaq üçün ən layiqli alternativdir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dizaynerlər bu mövsüm sırıqlı kurtkalara daha çox diqqət yetirib. Əgər canınızı isti saxlayan nə isə axtarırsınzısa, onda sırıqlı kurtkalardan qorxmaq lazım deyil. Əksinə, bu geyim mövsümün trendləri arasında ən iddialı namizəddir. Yeri gəlmişkən, sırıqlı kurtkaların zəngin tarixi çox-çox uzaq keçmişə gedib çıxır. Belə kurtkaları I Pyotr dövründən əvvəl Rusiyanın Patriarxı geyinirdi. O dövrdə "bədəni qızdır" adlandırılan bu geyimin sırıqlarının səliqəli olmasına xüsusi fikir verilir, üzərini gözəl naxışlarla bəzəyirdirlər. Buradan belə nəticəyə gəlmək olar ki, müasir sırıqlı gödəkcələr onların prototipidir.

Sırıqlı kurtkaların dəbə minməsi 90-ci illərin sonlarına təsadüf edir. Müasir modapərəstlərin qarderobunun əvəzedilməz kurktaları Martin Marjelanın sayəsində dəbə daxil olub. Belə ki, o, 1999-ci ildə kolleksiyasında qar kimi ağappaq sırıqlı kurtkalar təqdim etmişdi. Sonralar digər dizaynerlər Maritinin fikrindən bəhrələnərək öz kolleksiyalarında da bu geyimə böyük verir.
"Acne Studios" moda evinin dəfiləsində yorğan kimi bürünə biləcəyiniz yaxalıqsız sırıqlı kurtkalar nümayiş olunub. Bu günlərdə isə "Uniqlo U" xəttinin debüt kolleksiyasında da orijinal modellərə rast gəlmək mümkündür. Sırıqlı kurtkalar həm uzun, həm də qısa versiyalarda təqdim olunub. Xüsusi qeyd etmək lazımdır ki, cari mövsümdə uzun və daha həcmli modelləri aktualdır. Hündürboy qızlara dizdən aşağı, qısa boylu və miniatür xanımlara isə qısa, amma həcmli modellərə yaraşacaq.
Mötəbərliyi gücləndirmək üçün kişisayağı geyinməyi sevən qadınlara kişi mağazalarına da nəzər salmağı məsləhət görürük, həmçinin kurtkanın bir-iki ölçü böyük olmasının da ciddi qüsuru yoxdur. Bu stili vodolazka və ya əla sviterlər tamamlayacaq.
Ulduzların arasında sırıqlı kurtkaların əsas pərəstişkarı şübhəsiz ki, Rihannadır. Odur ki, bu mövsüm məhz onun tərzindən nümunə götürün.

Milli.Az





















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/481097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR