Yasamalda 18 mərtəbəli yaşayış binasında yanğın

Yasamalda 18 mərtəbəli yaşayış binasında yanğın
02:08 20 Oktyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda 18 mərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində 18 ədəd elektrik sayğacı və 20 p.m elektrik kabeli yanıb.

Elektrik sayğaclarının qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR