Merkel: "Donbasın "Yol xəritəsi" bir neçə ay ərzində hazır olmalıdır"

Merkel: "Donbasın "Yol xəritəsi" bir neçə ay ərzində hazır olmalıdır"
03:37 20 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Normand dördlüyü"nün iştirakçıları Donbas üçün yol xəritəsini hazırlayacaqlar.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel "Normand dördlüyü"nün və Rusiya prezidenti Vladimir Putinlə və Fransa prezidenti Fransua Ollandla Suriya üzrə danışıqların nəticələrinə dair mətbuat konfransında bildirib.
"Biz yol xəritəsi üzərində işi xarici işlər nazirlikləri səviyyəsində, intensiv hazırlanması barədə razılığa gəldik" – deyə Merkel bildirib. O, həmçinin Donbasda silahlı qüvvələrin yetişdirilməsi üzrə dörd yeni zonasının yaradılması haqqında razılığı təsdiq edib.
"Üç zonanın yaradılması vaxtı ilk addımlar artıq atılıb, hələ daha çox iş lazımdır. Daha dörd belə zona yaradılmalıdır", - deyə Merkel bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/merkel-donbasin-yol-xeritesi-bir-nece-ay-erzinde-hazir-olmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR