İŞİD komandirləri qaçır - Mosuldan

İŞİD komandirləri qaçır - Mosuldan
06:49 20 Oktyabr 2016
136 Digər
Ölkə mətbuatı
A- A+

Mosulun İŞİD-dən azad edilməsi üçün keçirilən əməliyyatın ilk üç günündə cənubdan İraq ordusu, şərqdən isə kürd silahlıları ümumilikdə 552 kv. kilometrlik ərazini nəzarətə götürüblər.

 

APA TV-nin xəbərinə görə, üç gün ərzində Mosulun cənubundakı Nemrud yaşayış məntəqəsi, şərqində isə 13 yaşayış məntəqəsi İŞİD-dən alınıb. Ölən və yaralananlarla bağlı məlumat yoxdur.

 

İraq ordusu Hamdaniyə rayon mərkəzini, eləcə də, əsasən xristianların yaşadığı Qaraquş yaşayış məntəqəsinə nəzarəti bərpa edib. Lakin İŞİD-in intuharçı-terrorçularının hərəkətləri üzündən ordu Mosulun 30 kilometrliyindəki Hamdaniyədən geri çəkilməli olub.

 

 

İraq ordusu Nemrud yaşayış mənqədəsini də azad edib. Lakin bundan sonra hücum dayandırılıb.

 

Əməliyyat zamanı öldürülən İŞİD üzvlərinin əksəriyyəti yeniyetmələrdir. Terrorçular onlardan intiharçı kimi istifadə edir.

 

İraqın baş nazirinin nümayəndəsi Səid əl-Hüdeysi bildirib ki, ordu Mosulun azad edilməsi əməliyyatında gözlənildiyindən daha sürətlə irəliləyir: “Bu, onu göstərir ki, biz düz yoldayıq. İraq qüvvələri tezliklə Mosulu terrorçulardan təmizləməklə tarixi qələbə qazanacaq”.

 

Kəşfiyyat məlumatlarına görə, İŞİD terrorçuları beynəlxalq koalisiyanın hava hücumlarından qorunmaq üçün dərin tunellər qazır. Əməliyyat başlayandan İŞİD-in azı 100 yüksək rütbəli nümayəndəsi Mosulu tərk edib və Suriya ərazisinə keçib.

 

Mosul uğrunda döyüşlər zamanı neft quyularında yanğınlar başlayıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257094

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR