Sumqayıtda yük maşını sərnişin avtobusuna çırpılıb - FOTO

Sumqayıtda yük maşını sərnişin avtobusuna çırpılıb - FOTO
07:42 20 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda yük maşını sərnişin avtobusuna çırpılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb.
 
Sürətlə hərəkətdə olan "Shacman" markalı yük maşınının sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını əvvəlcə "Mercedes" markalı minik maşınına dəyib, daha sonra isə dayanacaqda dayanmış sərnişin avtobusuna arxadan çırpılıb. Sumqayıt-Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində 3 saylı marşrut xətti ilə hərəkət edən avtobusda qəza zamanı sərnişinlər olub. Zərbənin gücündən avtobus yanı üstə aşıb.
 
Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib. Hadisə şahidlərinin sözlərinə görə, bir neçə sərnişin təcili yardım avtomobilləri ilə xəstəxanalara aparılıb. Lakin Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən bildirilib ki, onlarda qəza nəticəsində xəsarət alanların sayı və şəxsiyyəti barədə məlumat yoxdur.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR