“Qarabağ”ın son şansı - YENİLƏNİR

“Qarabağ”ın son şansı - YENİLƏNİR
08:05 20 Oktyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da növbəti matçına çıxacaq.
 
Qurban Qurbanovun yetirmələri doğma divarlar arasında Yunanıstanın PAOK klubu ilə qarşılaşacaq. Keçirdiyi iki oyundan sonra aktivinə sadəcə 1 xal yaza bilən ağdamlılar hazırda qrupda sonuncu pillədə qərarlaşıblar. Komandamız doğma meydanda qalib gələ bilsə, hazırda 4 xalı olan yunanlarla xalları bərabərləşdirəcək. Üstəlik möveyini yaxşılaşdırmaq imkanı da var.
 
Rəqib isə artıq Azərbaycan futbolu üçün tanışdı. Belə ki, ötən mövsüm digər təmsilçimiz "Qəbələ" ilə eyni qrupda mübarizə aparmış salonikililər o vaxt Bakıda və Yunanıstanda baş tutan oyunlarda 0:0 hesablı nəticəyə imza atmışdılar.
 
Çümpionumuz bugünkü oyuna ciddi itki ilə çıxa bilər. Komandanın kapitanı və müdafiənin əsas fiquru olan Rəşad Sadıqovun oynayıb-oynamayacağı hələ ki dəqiq bilinmir. Baş məşqçi Qurban Qurbanov oyun saatına qədər fikrini dəqiqləşdirəcək.

Avropa Liqası

Qrup mərhələsi, III tur

20 oktyabr

J qrupu

21:00.  "Qarabağ" - PAOK (Yunanıstan)

Baş hakim: Alon Yefet
Baş hakimin köməkçiləri: Danni Krasikov, Nissan Davidi

Əlavə köməkçi hakimlər: Rua Reinşreyber, Ziv Adler

Dördüncü hakim: Kiril Balikin  (hamısı İsrail)
Hakim-inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Rudolf Mannaerts (Belçika)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1

"Fiorentina" (İtaliya) 

2

1

1

0

5-1

4

2

PAOK (Yunanıstan)

2

1

1

0

2-1

4

3

"Slovan" (Çexiya)

2

0

1

1

3-4

1

4

"Qarabağ" (Azərbaycan)

2

0

1

1

3-7

1

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR