Moskvada Azərbaycan vətəndaşına qarşı quldurluq edildi

Moskvada Azərbaycan vətəndaşına qarşı quldurluq edildi
16:17 5 Yanvar 2015
123 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya paytaxtında Azərbaycan vətəndaşına qarşı quldurluq edilib
APA-nın verdiyi məlumata görə, hadisə paytaxtın cənubunda baş verib.

Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə əyləşən 4 nəfər sərnişindən biri əlindəki qaz balonunu Azərbaycan vətəndaşının gözünə püskürdüb. Sürücü özünü avtomobildən yerə atıb. Dəstə üzvləri avtomobili qaçıraraq hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR