"Həqiqətən də rəqibdən çəkinirik" – Kristof Qaltye

"Həqiqətən də rəqibdən çəkinirik" – Kristof Qaltye
08:12 20 Oktyabr 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

"Bizim xala ehtiyacımız var və bu oyun çox vacibdir, ancaq hər şey bir görüşlə həll olmayacaq".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Sent-Etyen"in baş məşqçisi Kristof Qaltye deyib.
 
UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda öz meydanında "Qəbələ" ilə qarşılaşacaq Fransa təmsilçisinin baş məşqçisi oyunla bağlı fikirlərini açıqlayıb: "Rəqib iki oyunda 3 qol vuran komandadır. Onlara qarşı ehtiyatlı olmağa məcburuq. Əks halda qapımızda bir və ya bir neçə qol görə bilərik. Həqiqətən də "Qəbələ"dən çəkinirik və çox gərgin oyuna şahidlik edəcəyik. Bundan sonra bütün matçlara son görüş kimi yanaşmalıyıq. Robert Beriç komanda ilə birlikdə məşq edir, oynayıb-oynamayacağı bəlli deyil. Ole Selnaes isə artıq tam sağalıb və bu matçda bizə kömək edə biləcək".
 
Fransalı çalışdırıcı cəzalı olması barəsində də danışıb: "Komanda artıq stadiona gəldiyi zaman mənim onlarla bütün əlaqəm kəsiləcək. Bu vəziyyət üçün çox üzgünəm. Növbəti dəfə özümə daha ciddi nəzarət etməliyəm. Ancaq Rene (əsas köməkçisi) öz işini yaxşı bacarır və komandaya o nəzarət edəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR