Azərbaycanda kompüter və elektron məhsullarının istehsalı artıb

Azərbaycanda kompüter və elektron məhsullarının istehsalı artıb
08:12 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 121,3 milyon manatlıq məhsul istehsal olunub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 14,9 faiz, elektrik avadanlıqlarının istehsalı isə 2,6 dəfə artıb.
 
Doqquz ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 1,9 dəfə, monitorların istehsalı 153,6 dəfə artıb, məişət soyuducularının istehsalı 28,2 faiz, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 92,7 faiz azalıb.
 
Bununla yanaşı, hesabat dövründə 9,0 min ədəd qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatları istehsal edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/481050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR