“Galaxy Note 7”ni silaha bərabər sayıldı

“Galaxy Note 7”ni silaha bərabər sayıldı
08:42 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ Federal Aviasiya İdarəsi "Samsung Galaxy Note 7" smartfonlarını faktiki olaraq silaha bərabər sayıb və bu cihazların təyyarələrə buraxılmasını qadağan edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  "Note 7" smartfonlarını təyyarəyə keçirən şəxslər 180 min dollar cərimələnə, hətta maksimal cəza kimi 10 il müddətinə azadlıqdan məhrum edilə bilər. Hazırda bu təşəbbüsü dünyanın bir çox aviaşirkəti dəstəkləyir.
 
Xatırladaq ki, "Samsung" korporasiyası "Galaxy Note 7" smartfonlarının satışını və istehsalını dayandırıb. Səbəb smartfonların alışma riskidir. Artıq istehsal olunmuş smartfonlara gəldikdə isə, şirkət onları utilizasiya etmək fikrindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/481045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR