“Qəbələ” Fransa səfərində - YENİLƏNİR

“Qəbələ” Fransa səfərində - YENİLƏNİR
08:57 20 Oktyabr 2016
46 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi "Qəbələ" də növbəti sınağına çıxacaq.
 
Roman Qriqorçukun yetirmələri səfərdə "Sent-Etyen"ə qonaq olacaq. İlk iki oyunda qələbə üzünə həsrət qalan əyalət təmsilçisi Fransaya ilk qələbə arzusu ilə yollanıb. Əgər qələbə əldə olunsa, sonuncu yerdən qurtulmaq mümkün olacaq.
 
Qrupdakı əvvəlki oyunlarda göstərdiyi yüksək məhsuldarlığı bu oyunda da sərgiləyəcəyi halda "qırmızı-qaralar" uğurlu nəticəyə ümid edə bilər. Ancaq bunun üçün müdafiədə də diqqətli çıxış etmək lazımdı.
 
Əgər bu görüşdən 3 xal əldə olunmasa, təmsilçimizin növbəti mərhələyəyüksəlmək şansları böyük ölçüdə azalacaq. Ölkə çempionatında 9-cu turda qapısında qol görən "radarlar" Avroliqada qrupda ən çox qol buraxan komandadı.
 
Qeyd edək ki, "Sent-Etyen" azərbaycanlı futbol azarkeşləri üçün tanış rəqibdi. Belə ki, daha əvvəl "Qarabağ"la eyni qrupda mübarizə aparmış Fransa təmsilçisi çempionumuzla hər iki oyundan bərabərliklə ayrılmışdı.

Avropa Liqası

Qrup mərhələsi, III tur

20 oktyabr

C qrupu

23:05. "Sent-Etyen" (Fransa) - "Qəbələ"

Baş hakim: Ali Palabıyık

Baş hakimin köməkçiləri: Cem Satman, Əkrəm Kan

Dördüncü hakim: Ceyhun Sesigüzel

Əlavə köməkçi hakimlər: Alper Ulusoy, Volkan Bayarslan

Dördüncü hakim: Ceyhun Sesigüzel (hamısı Türkiyə)

Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)

UEFA nümayəndəsi: Yakob Erel (İsrail)

Sent-Etyen. "Joffrua Qişar" stadionu

1

"Anderlext" (Belçika)

2

1

1

0

4-2

4

2

"Maynts" (Almaniya)

2

1

1

0

4-3

4

3

"Sent-Etyen" (Fransa)

2

0

2

0

2-2

2

4

"Qəbələ" (Azərbaycan)

2

0

0

2

3-6

 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR