Tez yorulmamaq üçün 7 tövsiyə

Tez yorulmamaq üçün 7 tövsiyə
08:57 20 Oktyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Əgər qısa bir yolu piyada getməklə yorulursunuzsa, günortanı mürgüləmədən günü sona vura bilməyəcəksiniz. Çünki ola bilsin ki, gün ərzində yorğunluqdan əziyyət çəkəsiniz.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yorğunluğun bir çox amilləri vardır: stress, dərmanlar, işin ağırlığı, xəstəlik və ya yuxusuzluq. Əgər belə fikirləşirsinizsə ki, bu yorğunluq uzunmüddətli olacaqdır, həkimə müraciət edin. Ancaq əksər hallarda bu yorğunluq qeyri-sağlam qidalanmaya görə olur. Lakin bu qidalanmaqla ilə bağlı problemi aradan qaldırmaq olar. 

1. Protein: balıq, ət, lobya və süd məhsulları.

Əgər siz naharda tərəvəzdən ibarət olan sadə yemək yeyirsinizsə, günortadan sonra yuxunuz gələcəkdir. Ehtimal olunur ki, protein çatışmamazlığı vardır. Tədqiqatlar göstərir ki, o insanlar ki, naharda lazımlı qədər protein qəbul etmirlər, protein qəbul edənlərlə müqayisədə daha çox yorğun, stresli və fiziki cəhətdən çox zəif olurlar. Protein amin turşuları istehsal edir, bu da bədən üçün ən lazımlı maddələrdən biridir. Bədinin inkişaf etməsində, qan damarlarının əzələlərinin formalaşmasından saçlara qədər mühüm rola malikdir. Bundan başqa bu turşuların bizim ruhiyyəımıza və rəftarımıza da birbaşa təsiri vardır.

2. Dəmir: qırmızı ət, ciyər, lobya növləri.

Dəmir çatışmamazlığı nəticəsində qan azlığı əmələ gəlir. Bu da yorğunluğun amillərindən biridir. Ümumi zəiflik, yorğunluq, rəngin qaçması və sınmış dırnaqlar qan azlığının aydın əlamətləridir. Əgər qan azlığı hiss edirsinizsə, həkimə müraciət edin. Ancaq bəzən insan yaralanaraq, qan itirir, bunu isə yaxşı qidalanma ilə aradan qaldırmaq olar. Diqqət etsək görərik ki, dəmir heyvan mənşəli məhsullarda daha çox olur. Əgər bədən dəmir çatışmamazlıqlarını lobya və noxudla təmin edə bilirsə, onu mütləq tərkibində C vitamini olan qidalarla qəbul etməlidir. Çünki C vitamini dəmirin tez həzm olunmasına səbəb olar.

3. Karbohidratlar: buğda məhsulları, meyvə və tərəvəz.

Karbohidratlar da bədənə lazım olan ən mühüm maddələrdən biridir. Məsələn, çörək. Tədqiqatlar göstərir ki, o kəslər ki, səhər yeməyində çox sayda karbohidrat qəbul edirlər, gün ərzində daha şən və sevincli olurlar. Bundan başqa bilmək lazımdır ki, kəpəyin tərkibində B vitamini vardır. O zaman ki, bədəndə bu vitamin azlığı hiss edilir, enerjinin azalması imkanı daha çoxdur.

4. C vitamini: bəzi meyvələr, brokkoli, yaşıl bibər.

Müasir tədqiqatlar göstərir ki, C vitamininin çatışmamazlığı yorğunluq yaradır. Bu, vitamin immuniteti də artırır. Bu vitamin yaraların tez sağalmasına və dəmirin tez cəzb olunmasna gətirib çıxarar.

5. Maqnezium: kudunun toxumu, ispanaq.

İspanağın tərkibində çox sayda maqnezium maddəsi mövcuddur. Bu maddə qida maddəsini enerjiyə çevirir. Bu maddə bədəndə az olan insanlar, yorğunluq hiss edirlər.

6. Beta-karotin: kök, şirin kartof.

O zaman ki, yeməyiniz rəngarəng olur, xüsusi enerji hiss edirsiniz.

Kök, şirin kartof, ispanağın tərkibində çox sayda beta-karotin maddəsi vardır. Bu maddə azlığı olan zaman bədən təhlükəsizliyini zəiflədir, yorğun olur. Bu maddə bədəni viruslara, bakteriyalara qarşı müdafiə edir. Bu maddə eritrositlər üçün zəruridir.

7. Potassium: avakado, balqabaq.

Əgər bədəndə potassium maddəsi azalarsa, əzələ zəifliyi yaranar və insan yorğun olar. Potassium qida maddələrinin damarlara ötürülməsinə yardım edir. Ürək döyüntüləri, əzələ hərəkətlərini tənzimləyir. Bu maddə nəticəsində sümüklər sağlam olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/481056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR