Abşeron rayonunda yaşayış evi partlayıb, ölən və yaralananlar var

Abşeron rayonunda yaşayış evi partlayıb, ölən və yaralananlar var
08:58 20 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda fərdi yaşayış evində partlayış baş verib.

Abşeron Rayon Polis İdarəsindən verilən xəbərə görə, hadisə gecə saatlarında Hökməli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Müşfiq Qurbanova məxsus 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub.

Nəticədə ev yiyəsinin 3 yaşlı övladı dünyasını dəyişib. M.Qurbanov, onun həyat yoldaşı və daha 2 övladı isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

apa.az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/172812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR