Filippin prezidenti: “ABŞ-la vidalaşmağın zamanı çatıb”

Filippin prezidenti: “ABŞ-la vidalaşmağın zamanı çatıb”
09:05 20 Oktyabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Filippin üçün ABŞ-la vidalaşmağın zamanı çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Çində səfərdə olan Filippin  prezidenti Rodriqo Duterte bəyan edib.
 
"Ölkəmdə yer almağınız yalnız sizə fayda verirdi. Odur ki, dostlar,  vidalaşmağın zamanı çatıb. Mən bir daha Amerikaya səfər etməyəcəm. Çünki orada yalnız yeni təhqirlərlə üzləşəcəm", deyə R.Duterte bildirib.
 
Bununla belə Filippin prezidenti qeyd edib  ki, ölkəsi hər hansı yeni hərbi ittifaqa daxil olmaq və yaxud qüvvədə olan sazişlərdən imtina etmək niyyətində deyil.
 
Qeyd edək ki, 1946-cı ilədək ABŞ-ın müstəmləkəsi olan Filippinlə rəsmi Vaşinqton arasında bir neçə hərbi saziş mövcuddur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR