"İstehlakçıların elektrik enerjisi təchizatı tam həllini tapacaq"- Nazir

"İstehlakçıların elektrik enerjisi təchizatı tam  həllini tapacaq"- Nazir
09:09 20 Oktyabr 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Enerji təhlükəsizliyi tam təmin edilib, digər ölkələrdən enerji asılılığı tamamilə aradan qaldırılıb və artıq özü elektrik enerjisi ixrac edən bir ölkə olaraq Azərbaycan elektroenergetika sektorunda hər nə qədər böyük nailiyyətlərə çatsa da, əsas hədəflər hələ qarşıdadır. "APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunduğu məqaləsində deyilir.

 

Nazirin sözlərinə görə, yeni hədəflərə nail olmaqdan ötrü bir sıra vacib problemlərin qısa zaman ərzində həllinə ehtiyac var: "Məsələn, əgər müqayisə aparsaq görərik ki, elektrik stansiyalarının hər adambaşına düşən qoyuluş istehsal gücü Rusiyada 1,35 kVt, Qazaxıstanda - 1,25 kVt, Avropa İttifaqında - 1,3-3 kVt olduğu halda, Azərbaycanda bu göstərici 0,75 kVt-dır. Deməli, yaxın gələcəkdə Azərbaycanın bu göstərici üzrə dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatması üçün yeni tikiləcək elektrik stansiyalarının hesabına energetika sistemin ümumi gücü 10 000 MVt-dan yüksək həddə çatdırılmalıdır. Nəticədə ölkədə adambaşına düşən elektrik enerjisinin həcmi Avropanın inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsinə qədər yüksələrək, 3600 kVt saatdan artıq olacaqdır.

Digər tərəfdən ölkədə elektrifikasiya səviyyəsi yüksək olsa da, hələki 100% deyil. İqtisadi inkişaf səviyyəsinə görə Azərbaycandan geridə qalan əksər ölkələr innovativ qanunvericilik və qiymət yanaşmalarından istifadə etməklə, özəl sektoru səfərbər edərək ucqar bölgələrin enerji ilə təminatı üçün optimal yollar tapmışdır. Azərbaycanda da regionların enerjiyə çıxışının tam optimallaşdırılması məqsədilə 6 region üzrə 4 hissədən ibarət "İnkişaf və yenidənqurma proqramı" hazırlanmışdır. Artıq icrasına başlanılmış proqramın birinci hissəsini elektrik şəbəkələrinin reabilitasiyasını əhatə edən tədbirlər təşkil edir. Bu da regionlardakı istehlakçıların, ilk növbədə, əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, kənd təsərrüfatının inkişafı üçün suvurma sistemlərinin  elektrik təminatının yenidən qurulmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlığının yüksəldilməsinə kömək göstərəcəkdir. Proqramın ikinci hissəsini  növbəti 3 il müddətində bütün regional elektrik şəbəkələrinin modernləşməsinə yönələn və “2013-2025-ci illər üzrə Azərbaycan Enerji Sektorunun Baş Planı”nda nəzərdə tutulmuş təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi təşkil edir.Bunun da nəticəsində regionlarda olan istehlakçıların elektrik enerjisi təchizatı tam  həllini tapacaqdır".

 

N. Əliyev əlavə edib ki, bir neçə il əvvəl regionların lazımı generasiya güclərinə malik olmaması və respublikada elektrik enerjisi istehlakının böyük hissəsinin sənaye mərkəzi Bakının və bütövlükdə Abşeron yarımadasının payına düşməsi itkilərin yüksək olması ilə nəticələnib: "Belə ki, sənaye mərkəzinin tələbatını ödəmək üçün elektrik enerjisi əsas elektrik stansiyalarının yerləşdiyi Qərb və Cənub bölgələrindən yüksək gərginlikli 220, 330, 500kV-luq elektrik verilişi xətləri ilə ötürülürdü ki, bu da təchizatın etibarlığının azalması, itkilərin isə çoxalmasına yol açırdı. Son illər sektorda həyata keçirilən tədbirlər nəticəsində bu problemlər qismən həllini tapsa da, enerji itkisinə şərait yaradan amillər hələ tam aradan qaldırılmayıb. Belə ki, Azərbaycanda enerji itkilərinin əsas səbəblərindən biri böyük elektrik stansiyalarının enerjinin daha çox istehlak olunduğu paytaxt və ətrafından xeyli uzaqda yerləşməsidirsə, digər səbəb elektrik və təbii qazın ötürülməsi prosesində istifadə olunan xətlərin  köhnəliyi ilə bağlıdır.Respublikanın enerji sisteminin əsas ötürücü xətlərinin çoxu, yarımstansiyaların böyük əksəriyyəti sovet dövründən qalır və bu da enerji itksinə səbəb olur. Son illərdə bu itkilərin azlması istiqamətində Bakı ətrafında və Sumqayıtda yeni elektrik stansiyaları tikilmiş, elektrik enerjisi istehsalında xammal kimi neft məhsullarından təbii qaza keçilmiş, elektrik verilişi xətlərivə qaz ötürücü boruları yeniləri ilə əvəz olunmuşdur. Görülən çoxsaylı tədbirlər sayəsində itkilər əvvəlki illərlə müqayisədə xeyli azalsa da, problem hələ qalmaqdadır.

 

Beynəlxalq təcrübə göstərir ki, enerji itkilərinin azalması, enerji satışı üzrə yığım səviyyəsinin artırılması və etibarlığın  yüksəldilməsinin ən optimal üsulu özəl sektorun bu sahədə iştirakına şərait yaratmaqdır. Çünki özəl sektorun iştirakı,bu sahəyə vaxtlı-vaxtında investisiya yatırımı ilə yanaşı, daha səmərəli texnologiya və biznes proseslərindən istifadəni, işçi heyətininmotivasiyasını, son nəticədə isə səmərəliliyi, qənaətcilliyi və itkilərin əhəmiyyətli dərəcədə azaldılmasını təmin edir".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Avtobus sürücüsünün döyülmə anının YENİ GÖRÜNTÜLƏRİ

20 Sentyabr 2017 09:48

3-cü dəfə özündən 20 yaş gənc qızla evlənən məşhur aparıcının MÖHTƏŞƏM TOYU - FOTO/VİDEO

20 Sentyabr 2017 09:48

Dünya birjalarında neftin

20 Sentyabr 2017 09:48

“Barselona”nın futbolçusu: “Robert Prosineçki xorvatlar üçün qəhrəmandır”

20 Sentyabr 2017 09:47

“AXA MBASK”ın səhmdarları toplaşacaq

20 Sentyabr 2017 09:42

Qızıl 6 dollar

20 Sentyabr 2017 09:41

Ağır yol qəzası: 4 nəfər öldü

20 Sentyabr 2017 09:38

Azərbaycan nefti 1% bahalaşıb

20 Sentyabr 2017 09:37

Nicat Muxtarov barəsində həbs qətimkan tədbiri

20 Sentyabr 2017 09:37

“Unibank”ın rəhbərliyində dəyişikliklər olacaq

20 Sentyabr 2017 09:37

“Heç bir ölkə bunu qəbul etməz”

20 Sentyabr 2017 09:35

Ebrü Gündeş illər sonra Bakıda - VİDEO

20 Sentyabr 2017 09:33

Xəsarət alanlar arasında Azərbaycan vətəndaşı varmı?

20 Sentyabr 2017 09:33

Almaniyanın 2 şirkəti Azərbaycan bazarını tərk edir

20 Sentyabr 2017 09:32

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (20.09.2017)

20 Sentyabr 2017 09:32

Bakıda konsert kimi toy:

20 Sentyabr 2017 09:29

XİN: Meksikadakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

20 Sentyabr 2017 09:28

Bakıda bal yarmarkası keçiriləcək

20 Sentyabr 2017 09:24

Cəbhədə silahlar susmur

20 Sentyabr 2017 09:23

Lənkəranda sakini avtobusdan yıxılaraq ağır xəsarət alıb

20 Sentyabr 2017 09:22

Cəhhədə gərgin gecə

20 Sentyabr 2017 09:20

Neft bahalaşdı

20 Sentyabr 2017 09:18

“Azersun Holding”ə məxsus 3 müəssisə birləşir

20 Sentyabr 2017 09:17

Rövnəq Abdullayev: "SOCAR qaz hasilatının artırılması üçün tərəfdaşlarla məqsədyönlü işlər aparır"

20 Sentyabr 2017 09:17

Atəşkəs 127 dəfə pozuldu

20 Sentyabr 2017 09:14

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin vəzifəli əməkdaşı vəfat edib

20 Sentyabr 2017 09:12

Ermənilər atəşkəs rejimini 127 dəfə pozub

20 Sentyabr 2017 09:12

32 yaşlı kişi özünü körpüdən atdı - Şəkidə

20 Sentyabr 2017 09:09

“Neft Daşları”nda yeni quyu istismara verilib

20 Sentyabr 2017 09:07

Meksikada baş verən zəlzələdə ölənlərin sayı 150 nəfərə çatdı -

20 Sentyabr 2017 09:06

Ərdoğan:

20 Sentyabr 2017 09:05

Biləsuvarda ağır yol qəzası: 4 ölü

20 Sentyabr 2017 09:03

Qapalı məkanlarda siqaretin ardınca SULU QƏLYAN QADAĞASI

20 Sentyabr 2017 08:53

Meksikada zəlzələ nəticəsində məktəb binası uçub, 22 uçaq ölüb

20 Sentyabr 2017 08:52

İlham Əliyev Trampın və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 08:38

Zəlzələ Meksikanı bu günə qoydu - DƏHŞƏTLİ FOTOLAR

20 Sentyabr 2017 08:33

Azərbaycanın yeraltı anbarlarında 2,2 mlrd. kubmetr aktiv qaz var

20 Sentyabr 2017 08:32

Biləsuvarda ağır qəza: ölən və yaralananlar var

20 Sentyabr 2017 08:04

Döymə sənətində YENI TREND: Venesiya və Viktoriya mədəniyyəti bir arada - FOTOLAR

20 Sentyabr 2017 08:03

Biləsuvarda bir neçə nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

20 Sentyabr 2017 08:02

Moskvada azərbaycanlı müttəhim məhkəmə zalından qaçıb

20 Sentyabr 2017 07:47

Ərdoğan: “Kürdlər bizim dostlarımızdır”

20 Sentyabr 2017 07:44

21-ci əsrdə mağarada yaşayan adam: “Həyatımdan məmnunam” - FOTOLAR

20 Sentyabr 2017 07:03

Boliviya prezidenti ABŞ rəhbərliyini bəşər üçün başlıca təhlükə adlandırıb

20 Sentyabr 2017 06:47

Xızıda 350 ədəd partlamamış hərbi sursat tapıldı

20 Sentyabr 2017 06:24

Azərbaycan üçün tarixi qərar verilə bilər

20 Sentyabr 2017 06:03

Bakıda gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib

20 Sentyabr 2017 05:32

Moskva bazarında qətl

20 Sentyabr 2017 05:28

Maduro Trampı "yeni Hitler" adlandırıb

20 Sentyabr 2017 05:27

Gündüz İsmayılov: "Bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar"

20 Sentyabr 2017 05:02