Azərbaycan elektrik enerjisinin aktiv ixracına hazırlaşır

Azərbaycan elektrik enerjisinin aktiv ixracına hazırlaşır
09:47 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Azərenerji" ASC ölkədə elektrik enerjisinin ötürülməsi sistemlərini və paylayıcı şəbəkələri yeniləyir. "Report" xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Etibar Pirverdiyevin rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirilir.
Onun sözlərinə görə, indiyə qədər "1-ci, 2-ci Mingəçevir EVX-nin yenidən qurulması Layihəsi" çərçivəsində gücü 360 MVA olan 220 kV-luq Ağdaş YS-nin, 220 kV-luq ikidövrəli Mingəçevir ES - Abşeron YS HX-nin tikintisi və 500 kV-luq Abşeron yarımstansiyasında 400 MVA gücündə 3-cü avtotransformatorun quraşdırılması və sxemə qoşulması üzrə işlər başa çatdırılıb. Eyni zamanda gərginliyi 330 kV olan Goranboy paylayıcı məntəqəsi istifadəyə verilib.
220 kV-luq "Şimal ES"-"Hövsan YS" hava xəttinin tikintisi, gücü 360 MVA olan 220 kV-luq “Zabrat” yarımstansiyasının inşası, 220 kV-luq ikidövrəli “Şimal ES-Zabrat YS-Sumqayıt ES” hava xəttinin tikintisi layihəsi üzrə işlər tam başa çatdırılıb və bir hissəsi şəbəkəyə qoşulub. Gücü 409 MVt olan “Şimal-2” elektrik stansiyası istismara veriləndən sonra bu yarımstansiya və elektrik verilişi xətləri tam şəkildə şəbəkəyə qoşulacaq.
E.Pirverdiyev qeyd edib ki, görülən tədbirlər Azərbaycanın regionda elektrik enerjisinin ixracı üzrə mühüm ölkəyə çevrilməsinə imkan verir. Hazırda bu istiqamətdə işlər aparılır. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azerbaycan-elektrik-enerjisinin-aktiv-ixracina-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR