Əkizlər qardaşlarının ad günündə ağladılar - fotolar

Əkizlər qardaşlarının ad günündə ağladılar -  fotolar
10:01 20 Oktyabr 2016
233 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Sevil və Sevinc Səfərova bacıları biznesə başlayıb.

Axşam.az-ın məlumatına görə, əkizlər ayaqqabı mağazası açıb. İfaçılar yeni biznesin açılışını qardaşları Anarın ad günündə edib. Müğənni Gülay Zeynallı, Humay Qədimova, aparıcılar Könül Muxtarova, Aytəkin Mərdanova, prodüser Tolik, Təranə Səmədova və başqaları Sevil və Sevinci özəl günündə tək qoymayıb.

Tədbirdə çıxış edən bacılar göz yaşlarını saxlaya bilməyib:

“Bu qardaşımızın atasız keçirdiyi ilk ad günüdür. Bayaq bir xanım yaxınlaşıb deyir ki, “siz kim olmusunuz? Ofisiant işləmisiniz də”. Biz bundan heç vaxt utanmamışıq. İşləyib, halal çörəyimizi qazanmışıq”.

Sevil və Sevinc biznesi davam etdirəcəklərini deyib. Onlar bildirib ki, yaxın günlərdə xanımlar üçün daha bir məkan açacaqlar.

Foto: Ramin ASLANOV










Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59577

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR