Azərbaycanlı şən və hazırcavabların uğuru Rusiyanın Birinci kanalında yayımlanacaq

Azərbaycanlı şən və hazırcavabların uğuru Rusiyanın Birinci kanalında yayımlanacaq
10:17 20 Oktyabr 2016
31 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Oktyabrın 23-də Rusiyanın Birinci kanalında "Bakı yığmasının" "Qolosyaşiy KiViN-2016" musiqi festivalının əsas mükafatlarından birini qazandığı KVN - şən və hazırcavablar klubunun (ŞHK) buraxılışı yayımlanacaq.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan ŞHK-nın mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, bu il festival 6 ölkədən olan 27 komandanın iştirakı ilə Svetloqorsk şəhərində keçirilib. İştirakçılar əsasən Yüksək liqanın üzvləri və müxtəlif mövsümlərin titullu çempionları olub. Ciddi rəqabətə baxmayaraq, "Bakı yığması" klubun ən musiqili komandalarından biri olduğunu təsdiq edərək qaliblər arasında yer alıb.
Komandamız Azərbaycan ŞHK tarixində ilk dəfə "KiViN v temnom" mükafatına sahib çıxıb.
"Qələbimizi Anar Məmmədxanova, əfsanəvi bakılı kapitana həsr edirik. Komandamızda bu yeri boş saxlamışıq. Çünki Anar Bakı KVN-inin əbədi kapitanıdır. Şübhə etmirik ki, o, bizimlə fəxr edərdi", - deyə şən və hazırcavablar qələbələrini şərh ediblər.
Xatırladaq ki, "KiViN"lər ŞHK komandalarının Beynəlxalq Musiqi Festivalı olan "Qolosyaşiy KiViN"in əsas mükafatıdır. Azərbaycan 6-cı dəfə müsabiqədə iştirak edib: 1995-ci və 1997-ci illərdə "Bakılı oğlanlar", 1996-cı ildə "Bakının alovları", 2014-2016-cı illərdə isə "Bakı yığması" yarışmaya qatılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/sou-biznes/azerbaycanli-sen-ve-hazircavablarin-uguru-rusiyanin-birinci-kanalinda-yayimlanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR