Nazarbayev Gülənin əsas adamını ölkədən qovdu

Nazarbayev Gülənin əsas adamını ölkədən qovdu
10:28 20 Oktyabr 2016
54 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstan hökuməti Türkiyədəki 15 iyul hadisələri ilə bağlı axtarışda olan “FETÖ”-nün Orta Asiyadakı imamı Orhan İnalı ölkədən qovub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

Məlumata görə, Orhan İnal Gülən məktəblərinin rahat fəaliyyət göstərməsi ilə bağlı Qazaxıstan hökumətində təmsil olunan yüksək vəzifəli şəxslərlə intensiv danışıqlar aparırmış:

“Ancaq Qazaxıstan dövlət rəhbərliyi bu danışıqlardan imtina edib və onun ölkədən çıxarılması ilə bağlı qərar verib. Hətta, onun Türkiyəyə ekstradisiyası da nəzərdə tutulurmuş. Çünki Orhan İnal Türkiyədən qaçan “FETÖ” üzvlərini Orta Asiyaya yerləşdirən şəxsdir. Buna görə də Türkiyə dövləti onun barəsində axtarış elan edib.

Nəticədə isə Orhan İnal təcili Qırğızıstan vətəndaşlığı alıb. Hazırda Orhan İnalın Qırğızıstana sığındığı güman olunur. Hətta, Orhan İnal Qırğızıstan pasportu ilə tez-tez ABŞ-a gedib gəlir”.

Vasif Həsənli

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR