Agentliyin sədri: Külək enerjisindən istifadənin genişləndirilməsi tarifləri artıra bilər

Agentliyin sədri: Külək enerjisindən istifadənin genişləndirilməsi tarifləri artıra bilər
10:32 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Əgər ölkənin elektrik enerji istifadəsində külək enerjisinin payını bu gün 20-25%-ə qaldırsaq, bu, tariflərin artmasına gətirib çıxaracaq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib.
A.Bədəlovun sözlərinı görə, tarif siyasəti mərhələli şəkildə tətbiq edilir: "Bu gün hamı düşünür ki, alternativ enerji mənbələrindən istifadə bahalıdır. Biz bu stereotiplərdən uzaq olmağa çalışmalıyıq. Bu qiymətlərə rəqabətli şəkildə nail olmaq istəyirik. Rəqabət olsa, inkişaf da olacaq. Adətən tarifləri qarşıdakı bir neçə il üçün müəyyən edirik. Həmin illərdə texnologiya ucuzlaşır, amma tarif olduğu kimi qalır. Ona görə də bu məsələyə elmi yanaşmaq lazımdır və biz də bunu edirik".

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/agentliyin-sedri-kulek-enerjisinden-istifadenin-genislendirilmesi-tarifleri-artira-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR