Etibar Pirverdiyevin elektrik enerjisi sistemi ilə bağlı təklifi nə oldu?

Etibar Pirverdiyevin elektrik enerjisi sistemi ilə bağlı təklifi nə oldu?
10:32 20 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

"Hazırda ölkədə elektrik enerjisi ilə təminat məsələlərinin həllində su elektrik stansiyalarının tikintisinə də xüsusi diqqət göstərilməlidir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev rəsmi mətbuatda dərc olunan məqaləsində deyib.

E.Pirverdiyev bildirib ki, bu elektrik stansiyaları enerji sisteminin generasiya güclərinin strukturunu əhəmiyyətli şəkildə yaxşılaşdıracaq, pik generasiyasının payı artacaq: "Bunun nəticəsində enerji sisteminin manevretmə qabiliyyəti yaxşılaşacaq, elektrik stansiyalarının işinin optimallaşmasına imkan verəcək, eyni zamanda elektrik enerjisinin istehsalına yanacağın sərfi azalacaq".

E.Pirverdiyev vurğulayıb ki, Azərbaycanda çoxlu sayda kiçik çay və axınlar var və onların üzərində belə elektrik stansiyalarının tikintisi iqtisadi nöqteyi-nəzərdən məqsədəuyğundur: "Bu cür elektrik stansiyalarında mürəkkəb avadanlığın olmaması texniki istismar məsələlərini əhəmiyyətli dərəcədə sadələşdirir. Eyni zamanda, generasiya gücləri respublikanın bütün bölgələrini əhatə edəcək. Bu isə hər bir bölgədə güclü energetika potensialının yaranmasına, regionların sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin maddi rifahının yaxşılaşmasına öz töhfəsini verəcək".

ASC prezidenti qeyd edib ki, bu gün ölkə elektrik enerjisi sistemində generasiya gücləri ilə bağlı problem yoxdur: "Lakin enerji sistemin dayanıqlılığını və təhlükəsizliyini xarakterizə edən amillərdən biri olan enerjinin ötürülməsi sistemində müəyyən çətinliklər var. Hazırda dövlət başçısının tapşırığına əsasən enerjinin ötürülməsi sistemində və paylayıcı şəbəkələrdə yeniləşmə proseslərinin aparılması istiqamətində məqsədyönlü işlər aparılır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR