Bu ölkə də Gülən məktəblərini bağlayır

Bu ölkə də Gülən məktəblərini bağlayır
10:43 20 Oktyabr 2016
71 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstan hökuməti də Fətullah Gülən məktəblərini bağlayacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Qazax-Türk Təhsil Fondu (KATEV) məlumat yayıb.

Məlumatda deyilir ki, Qazaxıstandakı Gülən məktəblərinin adı dəyişdirilərək, "Elmi innovasiya liseyi” adlanacaq:

“Artıq məktəblərə rəhbərlik edən şəxs də dəyişdirilib. Bu yaxınlarda Gülən məktəblərinin yerində yaradılan yeni təhsil ocağına İmanqali Tasmaqambetov rəhbər təyin olunub. Bundan əlavə, İdarə Heyətinin üzvləri arasına Qazaxıstanın təhsil və elm naziri Erlan Saqadiyev salınıb”.

Qeyd edək ki, hazırda Qazaxıstanda 27 Gülən məktəbi mövcuddur.

Vasif Həsənli

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR