Bakıda tıxaclara qarşı yeni çarə - FOTO

Bakıda tıxaclara qarşı yeni çarə - FOTO
10:52 20 Oktyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat, intensiv və təhlükəsiz hərəkətini təmin etmək üçün mütəmadi olaraq şəhərdaxili və qəsəbədaxili yollarda monitorinqlər aparırır. Montorinqlər zamanı əldə edilən məlumatlar xüsusi ekspert qrupu tərəfindən təhlil edilir, mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla təşəbbüslər irəli sürülür.

Milli.Az xəbər verir ki, BNA-nın irəli sürdüyü növbəti belə bir təşəbbüs ilə Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq və Xəlil Rza Ulutürk küçəsindən hərəkət edən nəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma xidməti göstərən avtobusların birbaşa yol ötürücüsünə daxil olmalarının qarşısını almaq məqsədilə 132 metr məsafədə, qoşa xətt boyunca 60 sm enində bordür düzülür.

Qeyd edilir ki, metronun "Koroğlu" stansiyası yaxınlığında yerləşən Nəqliyyatı Mübadilə Mərkəzindən ("Koroğlu" NMM) Qara Qarayev prospekti və Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət etmək istəyən avtobusların günün pik saatlarında Xəlil Rza Ulutürk küçəsindən qoşa xəttin tələblərini pozaraq birbaşa Böyükşor körpüsünə daxil olmaları qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində tıxac və sıxlıq hallarının yaranması ilə yanaşı, yol-nəqliyyat hadisələrinin baş verməsinə də səbəb olurdu. Bildirilir ki, X.R.Ulutürk küçəsi tam olaraq istifadəyə verildikdən sonra həmin küçədə nəqliyyat vasitələrinin sayının artması Z.Bünyadov prospekti ilə kəsişmədə daha böyük problemlərin yaranmasına gətirib çıxaracaqdı.
 

Pünhan Mirzə

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR