"Sent-Etyen" "Qəbələ" önünə 7 itki ilə çıxacaq

"Sent-Etyen" "Qəbələ" önünə 7 itki ilə çıxacaq
10:57 20 Oktyabr 2016
73 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün "Qəbələ" ilə qarşılaşacaq "Sent-Etyen"in iştirak ərizəsi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Kristof Qaltye matça hazır olan 19 futbolçunun adını açıqlayıb.

Fransa təmsilçisinin heyətlə bağlı ciddi problemlər yaşadığını demək olar. Belə ki, Avroliqanın iştirak ərizəsinin A siyahısında yer alan 7 futbolçu bu gün meydana çıxa bilməyəcək. Əsas qapıçı Stefan Ruffye zədəli olduğundan yenə heyətə cəlb edilməyib. "19-luq"da adı olan ikinci qolkiper Jessi Mulinin isə yüngül zədəsi var. Müdafiəçilərdən yalnız Pyerr-Yves Paloma komandadan ayrı qalıb. 23 yaşlı futbolçu bu mövsüm zədə ucbatından qrup mərhələsində hələ debüt edə bilməyib.
 
Qaltyeni ən çox yarımmüdafiə xəttindəki problemlər narahat edir. Çünki orta sahədə çıxış edən 4 oyunçunun bu gün meydana çıxmayacağı dəqiqdir. Bunlar Jeremi Klemen, Benjamin Kornye, Fabyen Lemuan və Habib Mayqadır. O ki qaldı hücum xəttinə, komandanın aparıcı oyunçularından olan Romen Amuma digər zədəlilər kimi, kənarda qalıb.
 
Qarşılaşmanın startına bir saat qalmış daha bir futbolçu siyahıdan çıxarılacaq və yekun "18-lik" müəyyənləşəcək.
 
"Sent-Etyen"in bugünkü oyun üçün iştirak ərizəsi:
Qapıçılar: 1. Entoni Maysonnial, 30. Jessi Mulin
Müdafiəçilər: 2. Kevin Teofil-Katerin, 4. Leo Lakrua, 12. Çeik Mbenque, 19. Florentin Poqba, 24. Loik Perrin, 25. Kevin Malkyu
Yarımmüdafiəçilər: 5. Vensan Payo, 7. Brayan Dabo, 11. Anri Seve, 14. Cordan Veretu, 17. Ole Selnes
Hücumçular: 9. Nolan Ru, 10. Ussama Tannane, 22. Kevin Monne-Pake, 23. Aleksander Soderlund, 27. Robert Beriç, 35. Arnaud Nordin
 
Qeyd edək ki, "Joffrua Qişar" stadionunda keçiriləcək "Sent-Etyen" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR