Azərbaycanda Energetiklər Günü qeyd edilir

Azərbaycanda Energetiklər Günü qeyd edilir
11:22 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda Energetiklər Günü qeyd edilir. "Report" xəbər verir ki, bu münasibətlə Azərbaycanın energetika naziri Natiq Əliyev, "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev və "Azərişığ" ASC-nin sədri Balababa Rzayev, həmçinin onların başçılıq etdiyi dövlət qurumlarının kollektivləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli sərəncamına əsasən, hər il oktyabrın 20-si Energetiklər Günü kimi qeyd olunur.






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR