Bakıda 47 yaşlı kişini küt alətlə döydülər

Bakıda 47 yaşlı kişini küt alətlə döydülər
11:42 20 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib. 

Milli.Az report-a istinadən bildirir ki, hadisə Bakıxanov qəsəbəsi Dalan 2 ünvanında qeydə alınıb.
Belə ki, 47 yaşlı Baxşıyev Qoşqar Oruc oğlu evinə doğru hərəkət edən zaman tanımadığı şəxslərlə rastlaşıb. Onlarla mübahisə edən Q.Baxşıyev döyülüb.
Baş nahiyəsindən küt alətlə zərbə alan Q.Baxşıyev təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağırdır.
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) əməkdaşları hadisənin baş verdiyi ünvanda araşdırma aparıblar. Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR