Şenol Günəş: "Diqqətli olmaq məcburiyyətindəyik"

Şenol Günəş: "Diqqətli olmaq məcburiyyətindəyik"
11:52 20 Oktyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

"Çətin oyun oldu. Qrupun lideri ilə öz meydanlarında oynadıq. Onlara öz gücümüzü göstərmək məcburiyyətindəyik.  Birinci hissədə bəzi səhvlərimiz oldu. İkinci hissədə yaxşı hücumlar etdik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Çempionlar Liqasının qrup mərhələsində "Napoli"yə 2:3 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Məğlub olsaydıq, təəssüflənərdik, çünki oyunçularım döyüşdülər. Çox qol vuruldu, ancaq nəticədə qələbə qazandıq.  Yenə də bu oyunda qalib gəlməyimiz rahat olacağımız demək deyil. Öz meydanımızda "Napoli" və "Benfika" ilə matçlar çətin olacaq. Diqqətli olmaq məcburiyyətindəyik", - deyə o bildirib.

Ş.Günəş penalti epizodları ilə bağlı deyib:

"Penalti epizodlarına görə bir şey deyə bilmərəm. Çox görmədim, amma qərarların bir qədər sərt olduğunu düşünürəm. Hakim sanki qərarlarını onların lehinə verirdi. Amma biz buna baxmayaraq, topla oynaya biləcəyimizi göstərdik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR