Türkiyəli iş adamını öldürən Azərbaycan vətəndaşından xəbər var

Türkiyəli iş adamını öldürən Azərbaycan vətəndaşından xəbər var
11:57 20 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada Orenburq vilayət məhkəməsi Türkiyə vətəndaşını qətlə yetirən Azərbaycan vətəndaşının apellyasiya şikayətini təmin etməyib.

Milli.Az APA-ya istinadən bildirir ki, məhkəmə cəzanı cəmi 2 ay azaldıb.

Türkiyəli biznesmen Altan Güngörü qətlə yetirən azərbaycanlı Muradxan Cəlilova bu ilin iyununda hökm oxunub. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 9 il 10 ay azadlıqdan məhrum edilib. Bundan başqa, ona iş adamının ailəsinə dəyən mənəvi ziyan qarşılığında təxminən 16 min dollar, maddi ziyan qarşılığında isə təxminən 3 min dollar cəza kəsilib. Daha sonra məhkum apellyasiya şikayəti verib.
 
Xatırladaq ki, 2015-ci ilin avqustun 23-də Altan Güngör Türkiyədən Moskvaya, oradan da Orenburqa uçub və hava limanından çıxdıqdan sonra itkin düşüb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun üzərində zorakılıq əlamətləri olan cəsədi meşədə basdırılmış şəkildə tapılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR