DTX Çovdarovdan agentlərin pulunu tələb edir - 3 milyon manat

DTX Çovdarovdan agentlərin pulunu tələb edir - 3 milyon manat
11:57 20 Oktyabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin hazırda həbsdə olan generalı Akif Çovdarov və digər 3 əməkdaşının cinayət işi üzrə məhkəmə prosesinə Dövlət Təhlükəsizlik Xidməti də tərəf kimi qoşulub.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, DTX öz nümayəndəsi vasitəsilə mülki iddia ərizəsi ilə Bakı Hərbi Məhkəməsinə müraciət edib.

DTX ərizəsində A.Çovdarova qarşı irəli sürülən Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi üzrə qeyd edilən epizodda zərərçəkmiş kimi tanınmasını istəyib.

Belə ki, general bu maddə ilə dövlət büdcəsini mənimsəməkdə günahlandırılır. İttihama görə, A.Çovdarov agentura şəbəkəsinin saxlanılması üçün dövlət büdcəsindən ayrılan 2 milyon 917 min manat pulu mənimsəyərək şəxsi məqsədləri üçün xərcləyib.

DTX-nin ərizəsində həmin pulun müvafiq dövlət qurumuna, yəni MTN-in varisi hesab olanan DTX-yə aid olduğu bildirilib. Həmin məbləğin A.Çovdarovdan alınaraq DTX-ya verilməli olduğunu deyib.

Qeyd edək ki, A.Çovdarov ibtidai istintaq ifadəsində bu maddə üzrə özünü təqsirli bilmədiyini deyib və agentura şəbəkəsinin ifşa olunmaması üçün ifadə verməkdən imtina etdiyini bildirib. General həmin məbləğin agentlərə ödənildiyini qeyd edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR