Bakı avtobuslarında Qarabağ sevgisi - FOTO

Bakı avtobuslarında Qarabağ sevgisi - FOTO
12:05 20 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən "BakuBus" MMC-nin bütün avtobuslarının salonundakı monitorlarda "Qarabağı unutma" adlı yaddaş xarakterli məlumat-şəkil nümayiş etdirilir. Şəkildə Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş bölgələrinin siyahısı və işğal tarixi barədə qısa məlumat yerləşdirilib.

Məsələ ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq "Bakubus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, məqsəd şirkətin maarifləndirmə imkanlarından istifadə edərək insanların yaddaşını təzələməkdir:

"Hər gün minlərlə vətəndaşımız "BakuBus"ın xidmətlərindən istifadə edir. Avtobuslarımızın salonu həm də ictimai münasibətlərin, ünsiyyətin, ictimai nəzarətin formalaşdığı mühitdir. Buna görə də istər sərnişindaşıma, istərsə də digər sahələrdə maarifləndirici məlumatların vətəndaşlara çatdırılması kimi məsuliyyətli və dəyərli imkanlarımız var. Biz bu imkandan istifadə edərək, xidmət kefiyyətini hər gün bir az da qaldırmağa və sərnişinlərlə münasibətimizi daha sivil şəkildə təşkil etməyə çalışırıq. Eyni zamanda, mütəmadi olaraq, xüsusilə rəsmi dövlət bayramlarında avtobuslarımızın salonunda milli-mənəvi dəyərlərimizin təbliğinə çalışırıq. Məsələn, hər dəfə bayram günləri onların mahiyyətinə uyğun maarifləndirici məlumatları əks etdirən lövhələr quraşdırırıq.

O ki qaldı bu gündən etibarən avtobuslarımızın salonundakı ekranlarda nümayiş olunan şəklə, hesab edirəm ki, ərazisinin 20 faizi işğal altında olan bir ölkənin vətəndaşlarının, sərnişinlərinin hər gün bu məlumatı xatırlamasından təbii heç nə yoxdur. Biz sadəcə yol boyu bunu göz önündə canlandıraraq yaddaşları təzələmək və böyüməkdə olan gənc nəslə təbliğinə yardımçı olmağa çalışırıq".

Qeyd edək ki, "BakuBus" avtobuslarında bundan əvvəl "Bütün yollar Qarabağa aparır" və "Xocalı soyqırımını unutma" adlı təşviqat materialları da nümayiş etdirilib. 
 

İlkin İzzət

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR