“Neft Daşları” yatağında yeni quyu qazılır

“Neft Daşları” yatağında yeni quyu qazılır
12:12 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 1637A saylı estakadayanı meydançadan 2646 nömrəli quyuda qazma işlərinə başlanılıb.
"Report"un SOCAR-a istinadən evrdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı-2a Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 380 metrdir. 
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR