Dərmanla intihar cəhdi

Dərmanla intihar cəhdi
12:13 20 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ilin 9 ayında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinə 224 nəfər kimyəvi zəhərlənmə ilə müraciət edib.

Bu barədə Publika.az-a Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, zəhərlənmə ilə müraciətlərin 130-140 nəfəri dərmandan allergik reaksiyalarla bağlıdır: “Zəhərlənmələrin 60 nəfəri isə sirkə turşusundan olub, qalanlarda isə dərman zəhərlənməsi kimi qeydə alınıb”.

A.Maqsudov bildirib ki, ümumi zəhərlənmələrin 5%-i intihar məqsədli olub: “Zəhərlənmənin intihar olduğunu təsdiq etmək üçün mütəxəssislər rəy verməlidir. Dərman zəhərlənmələr əsasən, antibiotik və polivitaminlərdən olur. Biz bunları zəhərlənmə yox, allergik reaksiya kimi qəbul edirik. Antibiotiklərin allergik reaksiyası əsasən, böyüklərdə müşahidə edilir. Uşaqlarda isə daha çox polivitaminlərdən allergiyalar qeydə alınır. Builki müraciətlərin 30-u uşaqlarla bağlı olub”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/172846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR