Şimali Koreyanın raket sınağı cəhdi yenə uğursuz olub

Şimali Koreyanın raket sınağı cəhdi yenə uğursuz olub
12:22 20 Oktyabr 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Şimali Koreyanın orta mənzilli ballistik raketinin sınaq buraxılışı cəhdi uğursuz olub.
"Report" BBC-yə istinadən xəbər verir ki, bunu ABŞ və Cənubi Koreya ordularının rəsmiləri də təsdiqləyiblər.
ABŞ-ın strateji komandanlığı bildirib ki, raketi Kusonaq şəhəri yaxınlığındakı meydandan buraxmağa səy göstərilib. ABŞ kəşfiyyatının məlumatına görə, rəsmi Pxenyan yerli istehsal olan "Musudan" adlı raketi sınaqdan çıxarmağa cəhd edib. Əvvəllər də şimali koreyalılar bu raketi bir neçə dəfə sınaqdan çıxarmağa cəhd etsələr də, bütün səylər uğursuz olub. Cənubi Koreyanın məlumatına görə, raket havada partlayıb.
Rəsmi Seul şimallı qonşularının bu hərəkətini "təxribat" adlandıraraq pisləyib. Yaponiya isə raket buraxılışı ilə əlaqədar Şimali Koreyaya rəsmi etiraz notası verəcəyini bildirib.
Məlumata görə, "Musudan" Şimali Koreyanın şimal-şərqində yerləşən, raketin buraxıldığı kəndin şərəfinə adlanıb. O, 3-4 min km uzaqlıqda yerləşən hədəfi vura bilir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR