Azərbaycan gömrükçüləri üzərində psixotrop maddə olan şəxsi saxlayıb

Azərbaycan gömrükçüləri üzərində psixotrop maddə olan şəxsi saxlayıb
12:22 20 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn qonşu ölkənin vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə "Report"a DGK-dan bildirilib.
Məlumata görə, yoxlama zamanı vətəndaşın alt geyimindən bir ədəd bükümdə, buprenorfin adlı 11 həb aşkar edilərək götürülüb.
Xatırladaq ki, buprenorfin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in II Siyahısına daxildir və aşkar edilən 11 həbdə buprenorfinin təsiredici maddəsinin ümumi miqdarı 0,022 qram təşkil edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR