İraqın ən böyük ikinci şəhəri olan Mosulun İŞİD-dən təmizlənməsi üçün başlayan əməliyyat dördüncü gününə daxil olub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraq kürd regional rəhbərliyinə bağlı peşmərgə gücləri İŞİD terror təşkilatının əlindəki Mosulun Başika qəsəbəsini ələ keçirmək üçün hücuma keçib.
Əməliyyatın məqsədi Başikada nəzarəti təmin etməklə, daha sonra şimalda yerləşən və əhalinin əksəriyyətin xristianlar olduğu Tılkef mahalını azad etməkdir.
Başika qəsəbəsi Mosul şəhərinin mərkəzinin 20 kilometrliyində yerləşir. “Ninova Gözətçiləri” adlı qrupun döyüşçülərinə təlim keçən türk əsgərləri də həmin bölgədə yerləşir.
Ömər Dağlı