“Neftçi”də vəziyyət gərginləşdi - ARA QARIŞDI

“Neftçi”də vəziyyət gərginləşdi -   ARA QARIŞDI
12:27 20 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Elxan Abdullayevin gəlişindən sonra "Neftçi”nin böhrandan xilas olacağına bəslənən ümidlər puç olub.


Hələ Vəli Qasımovun zamanında futbolçular arasında qruplaşmalar yaranıb, məşqçilər korpusu ilə həmin qruplaşmalar arasında fikir ayrılığı dərinləşməyə başlayıb. Amma Elxan Abdullayevin gəlişindən sonra vəziyyət daha da pisləşib. Bu barədə Sport7.az-a klubun daxilindəki etibarlı mənbələrdən məlumat daxil olub.


Mənbə bildirir ki, Ruslan Qurbanov "Neftçi”dən ayrıldıqdan sonra Araz Abdullayev və Rəhman Hacıyev də onun yoluyla getməyə çalışıblar. Rəhbərlik onları transfer vərəqini verməməklə, milliyə yollarını bağlayacaqlarını deməklə fikirlərindən daşındıra bilib. Amma bu hal müvəqqətidi. Çünki yerlilər klubda özlərinə olan laqeydlikdən, legionerlərlə müqayisədə maaşlarının cüzi olmasından çox narazıdılar. Üstəlik, komandanın qələbəyə həsrət qalması, autsayderə çevrilməsi psixoloji böhranı dərinləşdirir.


Elxan Abdullayev "Neftçi”yə gələndən bəri daha çox yığmadakı işi barədə düşünür, məşqlərdə və ikili söhbətlərdə ancaq Prosineçkiylə olan münasibətlərindən, millidə gördüklərindən danışır. İndiyə qədər bircə dəfə də olsun Abdullayev futbolçularla fərdi söhbətə, onların problemləriylə maraqlanmağa cəhd göstərməyib.


Mənbənin sözlərinə inansaq, Mahir Şükürovla müqavilə də məcburiyyətdən imzalanıb. Çünki hələ Elxan Abdullayev millinin düşərgəsində olarkən serbiyalı qapıçı Boban Baykoviç və braziliyalı yarımmüdafiəçi Jonas Enrike Pessalliylə müqavilə imzalanıbmış. Məşqçinin gəlişini sadəcə formallığa görə gözləyirmişlər. Bundan Mahirin duyuq düşməsi rəhbərliyin planlarını dəyişdirib. Onlar Şükürovun hay-küy salacağından, onlara problem yaradacağından ehtiyat edərək tez-tələsik Mahirlə də müqavilə bağlamağa qərar veriblər. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neftcid-vziyyt-grginldi-t53474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR