Müğənni Günay İbrahimli tədbirlərin birində fotokamermaız qarşısına keçib.
Son günlər xeyli çəki aldığını deyən ifaçı Axşam.az-a açıqlamasında pəhriz saxlaya bilmədiyini söyləyib:
“Mənim normal çəkim 53 kiloqramdır. Hazırda 58 olmuşam, 5 kiloqram atmalıyam. Pəhriz saxlaya bilmirəm, mənlik deyil. Amma idman edirəm. Şirniyyatı çox sevən biri necə pəhriz saxlasın?”.
G.İbrahimli dadlı yeməklər hazırladığını bildirib:
“Elə bilirlər ki, müğənniyəm yemək bişirə bilmirəm. Xeyir, çox qəşəng yeməklər hazırlayıram. Düzdür, işimin çoxluğundan mətbəxə az girirəm. Amma bütün xörəkləri hazırlaya bilirəm”.
İfaçı yeni film təklifi aldığını da deyib:
“Film, serial təklifi var, amma istəmirəm. Ssenariləri oxuyuram, əgər normal komanda olsa, filmə çəkiləcəm. Serial isə istəmirəm. Bizdə hamı komediyaya üstünlük verir. O da mənlik deyil".