Avtomobil daşımaları ilə bağlı rüsumlar DƏYİŞİR

Avtomobil daşımaları ilə bağlı rüsumlar DƏYİŞİR
12:57 20 Oktyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımaları ilə bağlı əlavə rüsumların dərəcələri müəyyənləşdirilib.

Milli.Az bildirir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə "Dövlət rüsumu haqqında" qanunun 24-cü (Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri) maddənin 7-ci bəndi dəyişdirilir.

Qeyd olunan bəndin yeni variantına görə, Beynəlxalq Nəqliyyat Forumunun "İcazə"lərinin ("Avropa Nəqliyyat Nazirlər Konfransı"nın jurnallarının) satışına görə:
 
- Atmosfer havasına atılan zərərli maddələr üzrə "Avro-4" ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir olan "İcazə"lərin (jurnalların) hər bir vahidinə görə 500 ABŞ dolları;
 
- Atmosfer havasına atılan zərərli maddələr üzrə "Avro-5" və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan "İcazə"lərin (jurnalların) hər bir vahidinə görə 300 ABŞ dolları;
 
- Yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan "İcazə"lərin (jurnalların) hər bir vahidinə görə 100 ABŞ dolları tələb olunacaq.
 
Bəndin hazırda qüvvədə olan variantı isə belədir:
 
"Avropa Nəqliyyat Nazirlər Konfransının" jurnallarının satışı-hər bir vahidə görə, 500 ABŞ dolları tələb olunur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 28-də müzakirəyə çıxarılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR