Xan körpüsü məhv olmaq təhlükəsilə üz-üzədir

Xan körpüsü məhv olmaq təhlükəsilə üz-üzədir
16:22 5 Yanvar 2015
150 Sosial
Ölkə mətbuatı
A- A+

Yerli əhali tərəfindən Xan körpüsü adlandırılan 17-ci əsr mədəniyyət abidəsi Tovuz rayonunun Yanıqlı kəndində yerləşir. TTV (Region TV) xəbər verir ki, əvvəllər bura Xəbərzəmin şəhəri olub. Şəhər təsərrüfatında böyük rol oynayan körpü Karvan-Turan yolunun şaxələrindən biridir.
 
Kənd sakini Məzahir Məmmədov: "Mən bu Xan körpünün ilk üç tağını, birinin yerini, ikisini də tam görmüşəm. Onun üzərində hərəkət etmişik arabalar keçib. Demək olar ki, kəndi tam əhatə edib".
Qədimdə Zəyəm çayı üzərində iki körpü olub. Onlardan biri Xan körpüsü, digəri isə Əyyublu kəndində yerləşən sınıq körpüdür. Körpü yeddi aşırımlı olub. Ötən əsirin 70-ci ilinə qədər körpünün bir aşırımı qalıb. Sakinlərin sözlərinə görə, keçmişdə buradan ticarət məqsədilə istifadə edilib.

Məzahir Məmmədov: "Bizim uzaq məsafələrdən gələn, uzaq şəhərlərdən gələn tacirlərimiz məsciddə istirahət edib burdan da keçib yollarını davam etdiriblər".
Kəndi yarı bölən Zəyəmçay üzərindəki Xan körpüsündən yaxın onilliklərə qədər istifadə olunub. Lakin hazırda cəmi bir tağı qalan körpü məhv olmaq təhlükəsi ilə üz-üzədir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR