Azərbaycan və Ukrayna birgə əczaçılıq zavodunun tikintisi məsələsini müzakirə edəcək

Azərbaycan və Ukrayna birgə əczaçılıq zavodunun tikintisi məsələsini müzakirə edəcək
13:12 20 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakıda Azərbaycan-Ukrayna biznes forumunun keçirilməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko məlumat verib.
Səfirin sözlərinə görə, biznes forum çərçivəsində tərəflər bu ilin iyul ayında Ukrayna prezidenti Pyotr Poroşenkonun Bakıya səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə edəcəklər.
"Biz "An-178" təyyarələrinin birgə istehsalını yaratmaq niyyətindəyik. Amma bunun üçün Azərbaycan ərazisində müvafiq infrastrukturun yaradılması lazımdır. Yekun nəticədə Azərbaycan özü təyyarə istehsal edə biləcək", - səfir bildirib.
Diplomat əlavə edib ki, bununla yanaşı, tərəflər Azərbaycan ərazisində bərabər pay bölgüsü ilə birgə əczaçılıq zavodunun tikintisi məsələsini müzakirə edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycan-ve-ukrayna-birge-eczaciliq-zavodunun-tikintisi-meselesini-muzakire-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR