"Qarabağ" - PAOK: Rəşad Sadıqov ehtiyatda qaldı

"Qarabağ" - PAOK: Rəşad Sadıqov ehtiyatda qaldı
13:27 20 Oktyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün üz-üzə gələcək "Qarabağ" və PAOK klublarının ehtimal heyətləri açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Yunanıstan mətbuatında hər iki komandanın meydana hansı "11-lik"lə çıxacağı ilə bağlı yazı dərc edilib.

Həmkarlarımızın fikrincə, "Qarabağ"ın kapitanı, zədəsini tam sağaltmayan Rəşad Sadıqov ehtiyatda qalacaq. Onlar baş məşqçi Qurban Qurbanovun bu heyətə şans verəcəyini düşünürlər: İbrahim Şehiç, Maksim Medvedev, Bədavi Hüseynov, Arif Daşdəmirov, Ansi Aqolli, Migel Madera, Riçard Almeyda, Dani Kintana, Əfran İsmayılov, Reynaldo Silva, Dino Ndlovu.
 
Yunanıstan mediası təxmin edir ki, Rəşad Sadıqovun yoxluğunda müdafiənin mərkəzində Maksim Medvedev və Bədavi Hüseynov tandem təşkil edəcəklər. Sağ cinah müdafiəçisi Maksim mərkəzə çəkildiyindən, onun yerində Arif Daşdəmirov yer alacaq. Müdafiənin sol cinahının isə Ansi Aqolliyə tapşırılacağı, onsuz da, gözləniləndi. Eyni sözləri qapıçı İbrahim Şehiçə də aid etmək olar.
 
Yarımmüdafiənin mərkəzində Migel Madera və Riçard Almeyda, onlardan bir qədər öndə isə Dani Kintananın çıxış edəcəyi gözlənilir. Sağ insayd mövqeyində Əfran İsmayılov, əks cinahda isə Reynaldo Silva yer alacaq. Mərkəz hücumçusu kimi isə Dino Ndlovu rəqibin müdafiə xəttinə çətin anlar yaşatmağa çalışacaq.
 
PAOK-un ehtimal "11-liy"i isə bu cürdür: Panagiotis Qlikos, Leo Matos, Fernando Varela, Xose Anxel Krespo, Stelios Kitsiu, Qoyko Çimirot, Djalma Kampos, Qarri Rodriges, Dieqo Bisesvar, Fakundo Pereyra və Stefanos Atanasiadis.
 
Yunanlar "Qəbələ"nin sabiq futbolçusu Fakundo Pereyranın adının start heyətinə daxil ediləcəyini düşünürlər.
 
Qeyd edək ki, "Qarabağ" - PAOK matçı saat 21:00-da start götürəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR