Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq
13:31 20 Oktyabr 2016
62 Şou
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a daxil olan xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 10-13, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, şərq rayonlarında intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR