Böyük oğlundan Bred Pitə zərbə

Böyük oğlundan Bred Pitə zərbə
13:31 20 Oktyabr 2016
96 Şou
Ölkə mətbuatı
A- A+

Bu yaxınlarda boşanma qərarlarını açıqlayan Ancelina Coli və Bred Pit uşaqların himayədarlığı mövzusunda razılığa gələ bilmirlər.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlük 4 həftə əvvəl boşanma xəbərləri yayılandan bəri üz-üzə gəlməyiblər. Hətta Bred uşaqlarını ilk dəfə keçən həftə görmək imkanı qazanmışdı.

Lakin iddia edilir ki, cütlüyün 15 yaşlı oğlu Maddoks atasını görmək istəmir. O, atasının görüşünə getməyərək anası ilə qalmağı seçib. B.Pit isə digər uşaqları ilə görüşdüyü an ağlayıb və böyük oğlunun orada olmamasına çox kədərlənib.

Buna səbəb kimi bir müddət əvvəl B.Pitin sərxoş olub uşaqlarına əl qaldırması göstərilir.

Qeyd edək ki, Maddoks Ancelina Colinin keçmiş həyat yoldaşı Billi Bob Tornton ilə ailəli ikən Kamboççadan övladlığa götürdüyü ilk uşağıdır. 2001-ci ilində anadan olan Maddoksun (ilk adı Rath Vibol) kimsəsiz olmadığı, 100 dollara satıldığı iddiaları o vaxt mediada gündəm olmuşdu.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59599

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR