“Ağzını şirin elə” - Canlı yayımda aşıqların DAVASI - VİDEO

“Ağzını şirin elə” - Canlı yayımda aşıqların DAVASI - VİDEO
13:38 20 Oktyabr 2016
114 Şou
Ölkə mətbuatı
A- A+

Xəzər Televiziyasının canlı efirində aşıq Namiq Fərhadoğlu ilə Aşıq Fəzail Miskinli arasında söz atışması olub.

Publika.az xəbər verir ki, aparıcı Zaur Kamalın “5.5” proqramında qonaq olan aşıqlar bir-birlərinin ünvanına iradlar səsləndirib.

N.Fərhadoğlunun ifası zamanı texniki problem yaranıb, işıqlar sönüb. Aşıq bunu ona qarşı təxribat kimi dəyərləndirib. Aparıcının etirazına baxmayaraq, yenidən ifasını davam etdirib. Aşıq Fəzail Miskinli onun ifasından xoşlanmadığını deyib. Fəzailin ifasını da qarşı tərəf bəyənməyib.

Verilişdə xoşagəlməz anlar yaşanıb.

Namiq verilişdə yaşanacaqları hiss etdiyinə görə bəribaşdan aparıcı Zaur Kamala dilini şirin eləməyi məsləhət görüb.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/172861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR