"Qəbələ" tanış rəqiblə üz-üzə - YENİLƏNİR

"Qəbələ" tanış rəqiblə üz-üzə -   YENİLƏNİR
13:47 20 Oktyabr 2016
196 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının ardınca Avropa Liqasının qrup mərhələsində də III turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, turnirdəki iki təmsilçimizdən biri olan "Qəbələ" səfərdə meydana çıxacaq.

"Qırmızı-qaralar" Fransanın “Sent-Etyen” klubunun qonağı olacaq. Bakı vaxtı ilə saat 23.05-də başlayacaq və Sent-Etyendəki “Joffrua Qişar” stadionunda keçriləcək matçı türk FIFA referisi Ali Palabıyık idarə edəcək.

İlk iki oyunda xal üzünə həsrət qalan "Qəbələ" Fransaya ilk qələbə arzusu ilə yollanıb. Əgər qələbə əldə olunsa, sonuncu yerdən qurtulmaq mümkün olacaq. Bu görüşdən 3 xal əldə olunmasa, təmsilçimizin növbəti mərhələyə yüksəlmək şansları böyük ölçüdə azalacaq. Ölkə çempionatında VIII turda qapısında qol görən Roman Qriqorçukun yetirmələri Avroliqada qrupda ən çox qol buraxan komandadı.
 
Qeyd edək ki, “Sent-Etyen” azərbaycanlı futbol azarkeşləri üçün tanış rəqibdi. Belə ki, daha əvvəl “Qarabağ”la eyni qrupda mübarizə aparmış Fransa təmsilçisi çempionumuzla hər iki oyundan bərabərliklə ayrılmışdı.
 
Avropa Liqası
Qrup mərhələsi
C qrupu, III tur

20 oktyabr
23.05 Sent-Etyen (Fransa) - Qəbələ (Azərbaycan)
Hakimlər: Ali Palabıyık, Cem Satman, Ekrem Kan, Ceyhun Sesigüzel (Türkiyə).
Əlavə köməkçi hakimlər: Alper Ulusoy, Volkan Bayarslan (Türkiyə).
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan).
UEFA nümayəndəsi: Yakob Erel (İsrail).
Sent-Etyen. “Joffrua Qişar” stadionu.

1

Anderlext

2

1

1

0

4-2

4

2

Maynts 05

2

1

1

0

4-3

4

3

Sent-Etyen

2

0

2

0

2-2

2

4

Qəbələ

2

0

0

2

3-6

0


Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-tan-rqibl-uz-uz-t53478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR