Rayonlardan birinin DYP rəisi işdəki qüsurlarına görə vəzifədən çıxarılıb

Rayonlardan birinin DYP rəisi işdəki qüsurlarına görə vəzifədən çıxarılıb
13:57 20 Oktyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 oktyabr. REPORT.AZ/ Şabran rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.
"Report"un xəbərinə görə, polis mayoru Söhbət Talıbov vəzifəsindən uzaqlaşdırılaraq sərəncama götürülüb.
Onun müavini isə daxili işlər orqanlarından xaric edilib. Şabran rayon dövlət yol polisi rəhbərliyində edilən dəyişikliklərə səbəb kimi, onların vəzifələrini və qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməmələri göstərilir.
Qeyd edək ki, bir müddət öncə Söhbət Talıbovun Şabran rayonunda gənclərlə mübahisə etməsi ilə bağlı məlumatlar yayılmışdı.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/rayonlardan-birinin-dyp-reisi-isdeki-qusurlarina-gore-vezifeden-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR