Messi 10 ildən sonra...

Messi 10 ildən sonra...
14:05 20 Oktyabr 2016
95 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının (ÇL) qrup mərhələsində "Mançester Siti" ilə oyunda het-trik edən "Barselona"nın hücumçusu Lionel Messi daha bir rekordu təkrarlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ÇL-də qollarının sayını 89-a çatdıran argentinalı bu dəfə fərqli göstərici ilə tarixə düşüb.

Qarşılaşmanın 17-ci dəqiqəsində sabiq komanda yoldaşı Klaudio Bravonun qapısına yol tapan Leo çililinin meydandan qovulmasından sonra çərçivəyə keçən Vilfredo Kabalyeronu da 2 dəfə məyus edib. Superulduz bununla hollandiyalı Rud van Nistelroydan sonra Çempionlar Liqası matçında iki qapıçını məyus edən ikinci oyunçu olub. Nistelroy "Real"da olarkən 2006-cı ildə Kiyev "Dinamo"su ilə qarşılaşmada Aleksandr Şovkovski və Aleksandr Rıbkanı topu tordan çıxarmağa məcbur etmişdi.
 
Qeyd edək ki, Çempionlar Liqasında 7-ci dəfə het-trik edən Messi bu baxımdan öz rekordunu yeniləyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR