"Sent-Etyen" "Qəbələ" ilə oyuna baş məşqçisiz çıxacaq

"Sent-Etyen" "Qəbələ" ilə oyuna baş məşqçisiz çıxacaq
14:12 20 Oktyabr 2016
109 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasının qrup mərhələsinin III tur qarşılaşmasında "Qəbələ" səfərdə "Sent-Etyen"in qonağı olacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Kristof Qaltye sözügedən matçı tribunadan izləyəcək. 

Baş məşqçi açıqlamasında ötən tur Belçika "Anderlext"i ilə oyunun son dəqiqələrində cəzalı duruma düşdüyünü bildirib: "Bu, yolverilməzdir. Özümə gələn dəfə daha çox nəzarət etməliyəm. Komanda stadiona gələndən sonra onlarla heç bir əlaqəm olmur. Bu halda işləmək çətinləşir. Köməkçim Rene Lobello komandaya cavabdeh olacaq. Rene mövqeləri çox yaxşı bilir".

Xatırladaq ki, Kristof Qaltye sentyabrın 29-da "Anderlext"lə görüşün son dəqiqələrində vurduqları bərabərlik qolunu çılğınlıqla qeyd etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR