Şagirdi döyən müəllim və məktəbin direktoru işdən çıxarıldı

Şagirdi döyən müəllim və məktəbin direktoru işdən çıxarıldı
14:13 20 Oktyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumat aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapıb.

Bakı şəhəri üzrə Təhsil idarəsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, idarə tərəfindən müəllimin orta məktəb şagirdinə qarşı xəsarət yetirməsi faktı üzrə tədbirlər görülüb.

Belə ki, Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumatlar aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapıb. Müəyyən olunub ki, məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova peşə fəaliyyəti zamanı "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozub. Məktəbin direktoru Raya Allahverdiyeva isə faktla bağlı vaxtında zəruri tədbirlər görməyərək, S.İsmayılovanı məsuliyyətdən yayındırmağa çalışıb.

Araşdırmanın nəticəsi olaraq 247 nömrəli tam orta məktəbin direktoru Raya Allahverdiyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova ilə bağlanmış əmək müqaviləsi isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/172865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR