DYP rəisi işdəki qüsurlarına görə vəzifədən çıxarıldı

DYP rəisi işdəki qüsurlarına görə vəzifədən çıxarıldı
14:13 20 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Şabran rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.

Publika.az xəbər verir ki, polis mayoru Söhbət Talıbov vəzifəsindən uzaqlaşdırılaraq sərəncama götürülüb.

Onun müavini isə daxili işlər orqanlarından xaric edilib. Şabran rayon dövlət yol polisi rəhbərliyində edilən dəyişikliklərə səbəb kimi, onların vəzifələrinin və qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməmələri göstərilir.

Qeyd edək ki, bir müddət öncə Söhbət Talıbovun Şabran rayonunda gənclərlə mübahisə etməsi ilə bağlı məlumatlar yayılmışdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR